Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi Senata çıxarıldı

  • 19 İyl - 2019

ABŞ Konqresinin respublikaçı senatorları Rik Skot və Tod Yanq Senatın Rusiyadan S-400 HHM sistemləri alan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi üçün qanun layihəsi təqdim ediblər.

Avropa.info xəbər verir ki, “Reuters”in əldə etdiyi qanun layihəsində Türkiyənin S-400 HHM sistemləri alması ABŞ-ın təhlükəsizlik hüququna qarşı birbaşa və böyük təhlükə olaraq qiymətləndirilir. 

Qanun layihəsinin qəbul olunması halında Türkiyəyə qarşı “ABŞ-ın düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə aparma qanunu” (CAATSA) çərçivəsində müəyyən olunan sanksiyaların tətbiq olunması gözlənilir.

Respublikaçı senatorlar Tramp administrasiyasına Türkiyənin NATO-dakı daimi üzvlüyünə yenidən baxılması üçün NATO iclasının çağırılması müraciəti ediblər.

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü demokrat senator Bob Menendez də Türkiyənin F-35 proqramından çıxarılmasının kifayət etmədiyini qeyd edib.

“Qanunlar açıq şəkildə Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əməkdaşlıq edənlərə qarşı cəzalar nəzərdə tutur, bu da açıq şəkildə S-400 tədarükünü ehtiva edir”.

Menendez Trampın CAATSA qanun layihəsini rədd edəcəyi halda ABŞ administrasiyasını Türkiyəyə sanksiya tətbiq etməyə məcbur edəcək qanun layihəsini təqdim edəcəyini bildirib.

Hüquqi qüvvə daşımasa da, belə bir qanun layihəsinin respublikaçı senatorların nəzarətində olan Senatdan keçməsi Ankaraya sanksiya tətbiq etməsi üçün ABŞ prezidenti Tramp üzərində təzyiq yarada bilər.

Respublikaçı senator Skotun Türkiyə prezidenti Ərdoğana qarşı irəli sürdüyü ittihamlar arasında ölkəni avtoritarizmə aparmaq, insan haqlarını pozmaq, Türkiyənin radikal islamçı təşkilatlarla eyni cərgədə yer alın ABŞ-ın müttəfiqi İsraili provokasiyaya çəkmək kimi iddialar var.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Türkiyəyə sanksiyalarına tətbiq olunub-olunmayacağı ilə bağlı suala “Hazırda sanksiyaların tətbiqi barədə düşünmürəm. Nə edəcəyimizi görəcəksiniz. Bunları hələ açıqlamamışıq” cavabı vermişdi”.


Oxunma sayı: 837

Oxşar yazılar