Abşeronda itkin düşən 18 yaşlı qız tapıldı

  • 19 İyl - 2019

Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, iyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb.

Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmiş və bir daha geri qayıtmamışdı.

Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı olub.


Oxunma sayı: 573

Oxşar yazılar