Ermənilərdən növbəti saxtakarlıq: Bu dəfə Gülüstan qalasına tamah saldılar – Foto

  • 11:27 - 19 İyul

Ermənilər Azərbaycan mədəniyyətinə aid daha bir tarixi abidəni saxtakarlıq yolu ilə mənimsəməyə çalışıb. 

Avropa.info xəbər verir ki, növbəti hədəf Gülüstan qalası olub. 

Məsələ ilə bağlı miqrasiya üzrə ekspert Azər Allahverənov sosial şəbəkədə məlumat paylaşıb.

Paylaşımda deyilir ki, “Vikipediya”nın ingilis dili versiyasında Gülüstan qalasını Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim ediblər.

Təxribat xarakterli materialda bildirilir ki, bu ərazi "Gülüstan erməni knyazlığı"nın rəhbəri Beqlaryanın iqamətgahı olub.

Qeyd edək ki, Gülüstan qalası Azərbaycanın Goranboy rayonu ərazisində yerləşir. Tam şəkildə dövrümüzədək çatmasa da, müəyyən bürcləri qalıb. Tədqiqatçılar qalanın tikilmə tarixini Qafqaz Albaniyası dövrünə aid edir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. 


Oxunma sayı: 11914

Oxşar yazılar