İran: “ABŞ səhvən öz PUA-nı vurmuş ola bilər”

  • 11:25 - 19 İyul

İran xarici işlər naziri müavini Abbas Arakçi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında İrana məxsus PUA-nın vurulması ilə bağlı açıqlama yayıb.

Avropa.info xəbər verir ki, Arakçinin “Twitter” səhifəsində paylaşdığı açıqlamada deyilir:

“Hörmüz boğazında, ya da başqa bir yerdə heç bir PUA itirməmişik. “USS Boxer”in səhvən öz PUA-nı vurması ehtimalından narahatam”.

Qeyd edək ki, dünən Donald Tramp Hörmüz boğazında üzən ABŞ HDQ-ə məxsus “USS Boxer” amfibiya hücum gəmisinin və ekipajının təhlükəsizliyinə təhlükə yaradan PUA-nı vurduqlarını açıqlamışdı. Tramp gəmiyə 900 metr yaxınlaşan İran PUA-nı “müdafiə məqsədilə” vurduqlarını demişdi.

Trampın bəyanatını Nyu-Yorkda səfərdə olan İran xarici işlər naziri Cavad Zərif də təkzib edib.


Oxunma sayı: 11936

Oxşar yazılar