Azərbaycanda yeni internet televiziya açılır

  • 19 İyl - 2019

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. Tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir. 

Tamaşaçılar televiziyanın efrində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verlişlərlə yanaşı , tanınmış ictimai-siyasi xadimlər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial -iqtisadi, mədəni sahələrdən verlişlər izləyə biləcək.

“Kanal 5”-in fəaliyyəti həmçinin www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5” ) işıqlandırılacaq.

Elnur Eltürk


Oxunma sayı: 1541

Oxşar yazılar