Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

  • 19 İyl - 2019

Müəllimlərin işə qəbulu müsabiqəsinə ilkin mərhələdə 7 minə yaxın vakant yer çıxarılacaq.

Avropa.info Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək:

"İyulun 24-dən sonra apelyasiya prosesi həyata keçiriləcək, test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq".


Oxunma sayı: 584

Oxşar yazılar