Azərbaycan paralimpiyaçısı Tokio2020-də iştirak hüququ qazanıb

  • 22:04 - 18 İyul

Pauerliftinq üzrə Azərbaycanın paralimpiya milli komandasının üzvü Elşən Hüseynov Tokio-2020 Yay Paralimiya Oyunlarına lisenziyasını təmin edib.

APA-nın məlumatına görə, təmsilçimiz bu uğura Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında imza atıb. 

E. Hüseynov (107 kq) 217 kq çəki qaldırmaqla, dünya reytinqində 4-cü yerini möhkəmləndirib. Bu isə ona Tokio-2020-də iştirak hüququ verib. 


Oxunma sayı: 11672

Oxşar yazılar