Azərbaycan Xalq Hərəkatının yürüşünə razılıq verilməyib

  • 21:30 - 18 İyul

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-nə təyin etdiyi yürüşlə bağlı müraciətinə cavab verib.

 BŞİH-də müraciətə baxılıb və yürüşün keçirilməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, yürüşün "AMAY" Ticarət Mərkəzindən Xətai Rayon İcra hakimiyyətinin binasına qədər keçirilməsi nəzərdə tutulurdu.

 


Oxunma sayı: 5237

Oxşar yazılar