Zelenskinin partiyası parlamentdəki yerlərin yarısına sahiblənəcək – sorğu

  • 20:38 - 18 İyul

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərinə 5 gün qalmış şanslı partiyaların siyahısı açıqlanıb.

Yerli mətbuat yazır ki, “Reytinq” sosioloji qrupun apardığı sorğuya əsasən, hazırda ən populyar siyasi qüvvə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası və “Həyat uğrunda-müxalifət platforması”dır.

Sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir. Onların ardınca Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (7,7 faiz), Yuliya Timoşenkonun “Batkivşina” (7,2 faiz) partiyası gəlir. İlk beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,9 faiz) tamamlayır.

Xatırladaq ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin olunub. Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər.


Oxunma sayı: 9923

Oxşar yazılar