Əli Kərimlinin əmisi oğlu və tərəfdarlarının Avropada kef məclisi: Havaya avro səpillər – Video

  • 18 İyl - 2019

Bu videokadrlar xarici ölkədə çəkilib. Musavat.com xəbər verir ki, videogörüntülərdə çox adamın üzdən tanımadığı, amma çoxlarını adını çəkdiyi şəxslər yer alıb. Bunlar İnqilab Kərimov (Əli Kərimlinin əmisi oğlu), Fikrət Hüseynli (Əli Kərimlinin Avropadakı ən yaxın adamı, "mühacir biznesinin" ən ləyaqətsiz ismi),  Məhəmməd Mirzəli və Seyran Rəfiyevdir (sosial şəbəkə fəalları).

Maraqlıdır ki, özlərini haqq-ədalət carçısı, demokratiya əzabkeşi sayan bu adamlar harın məmur balalarının etdiyini edir, kef məclisində pul səpirlər. 

Özü də bunlar onu o zaman edirlər ki, Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi var və onların ailəsi maddi sıxıntı içindədir. 

Həm də bu, o hal deyil ki, onların bu videosu gizli çəkilmiş olsun. Bu adamlar bu görüntülərini bilə-bilə çəkdirir, öz aləmlərində kimlərəsə mesaj göndərirlər, “bizim erməni dəyirmanına su tökməyimizə nə ehtiyac var” deyə, əllərində çoxlu pul olduğu sərgiləyirlər.

eli3.PNG (111 KB)



Hər halda, 15-20 ildən bəri Avropada olsalar da, onların təfəkkürü ötən əsrin 90-cı illərinin ortalarında, toylarda başa pul səpilən vaxtlarda qalıb. 

Bunlar çox ikrahdoğurucu mənzərədir.


Oxunma sayı: 1101

Oxşar yazılar