Əsəd rejimi Türkiyədə partlayışlar törətmək üçün 400 nəfərlik qrup hazırlayıb – İddia

  • 17:52 - 18 İyul

Suriya kəşfiyyatına istinadən yayılan məlumata görə, Əsəd rejimi Türkiyədə partlayışlar törətmək üçün 400-dən çox nəfəri hazırlayıb.

Avropa.info xəbər verir ki, bu iddia ilə “Əl Qüds Əl Arabi” saytı çıxış edib. İddiaya görə, 400 nəfərlik qrup Türkiyədə yaşayan və ərəbcə bilən nüsayri əsilli şəxslərdən formalaşdırılıb. Suriya kəşfiyyatı “Əl Mühabərat”ın formalaşdırdığı qrupun Hatay vilayəti başda olmaqla Türkiyə üzrə terror aktları həyata keçirəcəyi bildirilir.

Suriya kəşfiyyatına istinad edilən xəbərə görə, qrupa DHKP-C lideri Mihraç Ural adlı terrorçu liderlik edir. 

Qeyd edək ki, 2013-cü ildə həyata keçirilən və 52 nəfərin ölməsi ilə nəticələnən terror aktının təşkilatçılarından olan Mihraç Ural Türkiyənin axtardığı terrorçular siyahısında yer alır.


Oxunma sayı: 5853

Oxşar yazılar