Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü
- 16:55 - 18 İyul
Meksikanın "Dorados" klubunun gənclərdən ibarət komandasının üzvü Mirşa Fransisko Herrera vəfat edib.
Avropa.info komanda.az-a istinadən bildirir ki, 20 yaşlı oyunçu məşqdən sonra getdiyi restoranda kimliyi bilinməyən 4 nəfər tərəfindən bıçaqlanıb. Təcili xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Müdafiənin sol cinahında çıxış edən mərhum futbolçu 5 il idi ki, "Dorados"da çıxış edirdi.
"Dorados" klubuna bir müddət Dieqo Maradona rəhbərlik edib. Maradona, səhhətindəki problemlərə görə baş məşqçi postundan istefa vermişdi.