“Təxirə salma qərarı var, proqramdan çıxarılma yox” – Türkiyədən F-35 açıqlaması

  • 18 İyl - 2019

Türkiyə müdafiə sənayesi katibi İsmayıl Dəmir ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Dəmir ABŞ-ın bu qərarı rəsmi olaraq göndərməsini gözlədiklərini və Türkiyənin üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcəyini bildirib.

“F-35-lə bağlı bu günə qədər bütün ödəmələri, öhdəliklərimizi qüsursuz formada yerinə yetirdik. Tək tərəfli təxirə salma qərarı var. Müqavilələrdə yeri olmayan bir qərardır. Rəsmi şəkildə gəlməsini gözləyirik.

Təxirə salmaq ifadəsi işlədirlir, çıxarılma ifadəsi deyil. Çıxarılmanın özünəuyğun hökmləri ola bilər Türkiyənin təcrid olunması halında təyyarə başına 7-8 milyon dolları keçəcək maliyyə xərci olacaq” – İsmayıl Dəmir belə deyib.

Dəmir milli döyüş təyyarə layihəsinin sürətlə aparıldığını da bildirib. Layihə bundan sonra daha da sürətlənəcək.


Oxunma sayı: 1310

Oxşar yazılar