Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum – 6 ölü, 15 yaralı

  • 15:08 - 18 İyul

Bir neçə gün əvvəl Rusiya patrulunun hücuma məruz qaldığı Suriyanın Dera şəhərində Bəşər Əsədin qardaşı Mahir Əsədin komandirlik etdiyi Suriya Respublika Qvardiyası qüvvələrinə hücum olub.

Avropa.info xəbər verir ki, hərbi texnikaya yerləşdirilən bombanın partlaması nəticəsində rejimə bağlı 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Suriya İnsan Haqları Monitorinqi qrupunun yaydığı açıqlamada hücum edənlərin kim olduğu qeyd olunmayıb.

Derada rejim qüvvələri demək olar ki, hər gün atəşə tutulur.

Qeyd edək ki, Dera 2011-ci ilin martında Əsəd rejiminə qarşı etirazların başladığı ilk şəhərdir. Məhz bu şəhərdə Bəşər Əsədin atası Hafiz Əsədə qoyulmuş heykəl uçurulmuşdu.


Oxunma sayı: 5413

Oxşar yazılar