“Türk şirniyyatçının hazırladığı piroqa Kremldə şad olarıq” – Peskov

  • 14:53 - 18 İyul

Kremldə türk şirniyyatçının hazırladığı piroqa şad olacaqlar, amma onun Moskvaya göndərilməsi haqda heç nə bilmirik.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Dmitri Peskov çıxış edib.

“Piroqa şad olacağıq, türk şirniyyatçıları çox dadlı piroqlar hazırlayırlar. Lakin bu halda biz sadəcə məlumatlı deyilik. Bilmirəm kimsə Kremllə əlaqə saxlayıbmı, yaxud kim, nə vaxt gələcək?” Peskov türk şirniyyatçının S-400-lərinin Türkiyəyə verilməsi münasibətilə hazırlayıb göndərdiyi suala cavab verərkən belə deyib.

Türkiyəli baş aşpaz Həsən Acar Rusiya prezidenti Vladimir Putinə minnətdarlıq kimi ənənəvi türk piroqu (börek) hazırlamışdı.

Putinin Kemldə olub-olmaması ilə bağlı suala cavabında Pskov Putinin gecə ilə Sankt-Peterburqdan Maqnitorska uçacağını bildirib.

Bursa şəhərindən olan şirniyyatçı Həsən Acarın börəyi Qinnesin rekordlar kitabına düşüb. O, 2012-ci ildə uzunluğu 2023 metr olan börək hazırlamışdı. Şirniyyatçı Moskvaya göndərdiyi börəklə bağlı deyib ki, karqo xidməti ünvanın yeri və sahibinin adını görüncə heyrətə gəliblər, hətta xüsusi qabaşdırma təklif ediblər.


Oxunma sayı: 5468

Oxşar yazılar