Bakıda iraqlı iş adamına qarşı 6500 dollarlıq dələduzluq

  • 14:20 - 18 İyul

Bakıda İraq vətəndaşına qarşı dələduzluq edilib.

APA -nın məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, İraq vətəndaşı Balo Hasan Younus Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edib.

O müraciətində bildirib ki, 2018-ci ildə “Al Şhimal” adlı su filtrlərinin satışı ilə məşğul olan şirkət yaradıb. Şirkətin vergi borclarının ödənilməsi ilə bağlı tanışı Xəzər rayon, Şüvəlan qəsəbə sakini Cəmil Şirinova 6500 ABŞ dolları verib.

Lakin C. Şirinov ona qarşı dələduzluq edərək pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6018

Oxşar yazılar