Azərbaycan XİN-dən türk diplomatlarına silahlı hücumla bağlı bəyanat

  • 14:09 - 18 İyul

“İraqın Ərbil şəhərində törədilən silahlı hücum nəticəsində həyatını itirən türkiyəli həmkarlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. Baş vermiş hücumu isə kəskin şəkildə pisləyirik”.  

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iyulun 18-də Ərbildə baş vermiş silahlı hücumla bağlı yaydığı bəyanatda bildirilib.   

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. 


Oxunma sayı: 5017

Oxşar yazılar