Qurban Qurbanov futbolçulara fasilədə nə deyib?

  • 13:59 - 18 İyul

İlk matçdan sonra bu gün belə ssenari gözləyirdik. Birinci mərhələdə oyunumuzun bu cür rəngarəng alınmasını xatırlamıram.

Avropa.info goal.az-a istinadən xəbər verir ki, bunları "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Albaniya "Partizani"sini Çempionlar Liqasının I təsnifat mərhələsində2:0 hesabı ilə məğlub etdikləri cavab oyununda sonra söyləyib.

38 yaşlı müdafiəçi təmkinli oynayaraq qalib gəldiklərini bildirib: "İkinci hissədə sürəti artırmağa məcbur olduq. Rəqib çox yaxşı müdafiə olunurdu. Fasilədən sonra oyunumuz daha yaxşı alındı və qələbə qazandıq. İlk qol vaxtında gəldi. Bir az gec olsaydı, bəlkə də həyəcan da başlayardı. Qurban müəllim fasilədə dedi ki, hələ tələsməyin, həyəcanlanmayın, lap 90-cı dəqiqədə, əlavə vaxtda da qol vura bilərik, hesaba fikir verməyin.

Onların da qol vurmasına hazırlaşmışdıq. Rəqibin 1 imkanı oldusa, bizdə əlavə 4-5 qol şansı vardı. Çox şeyə hazırlaşırsan, alınacaq-alınmayacaq bilmək olmur. Bəlkə də rəqib hesabı bərabərləşdirsəydi, həlledici məqam o olardı".

Sadıqov ll təsnifat mərhələsindəki rəqiblərindən də danışıb: "Növbəti mərhələdə "Dundolk"la düşdük. İlk dəfə olaraq İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Səhv etmirəmsə, süni örtüklü meydançada oynayırlar".


Oxunma sayı: 10638

Oxşar yazılar