“New York Times”: “Ərdoğan bir gediş ilə ABŞ və Avropanı maymaq yerinə qoydu”

  • 12:35 - 18 İyul

“New York Times” qəzeti S-400 HHM sistemi müqaviləsi Türkiyənin ABŞ və Rusiya ilə münasibətlərinin necə formalaşmasından  yazıb.

Avropa.info xəbər verir ki, məqalədə Türkiyənin Rusiyadan S-400 HHM sistemi satın alması nəticəsində Ankaranın müttəfiqi Vaşinqton ilə münasibətlərinin gərginləşdiyini, Moskva ilə isə həm ikitərəfli münasibətlərin inkişaf etdiyini, həm də Suriyadakı müharibənin başa çatmasında, Türkiyə ilə ABŞ arasında ziddiyyət yarandığı dövrdə Rusiya ilə əməkdaşlığın edildiyi qeyd olunur. 

Qəzet ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiya prezidenti Vladimir Putinlə müqayisədə Türkiyə ilə daha ehtiyatlı davrandığını, Putinin isə ticarət və regional əməkdaşlıq ilə daha isti münasibətlər qurduğunu yazır.

“New York Times” Türkiyə prezidenti Ərdoğanın apardığı diplomatiya ilə bunları yazıb:

“Ərdoğan 17 illik iqtidarı boyunca Türkiyəni özünə görə Çin, Rusiya, Avropa İttifaqı və ABŞ ilə rəqabət apara biləcək qədər daha güclü, beynəlxalq arenada da daha müstəqil oyunçu halına gətirməyə çalışdı. Bunu edərkən də müttəfiqlərini yadlaşdırma bahasına, maraqları üçün tərəfləri manipulyasiya etməkdən belə çəkinmədi. Qurduğu ikitərəfli münasibətlər ilə kimin tərəfinin tutması məsələsində Avropa ilə Amerikanı maymaq yerinə qoyur. Bunun cavabı qısadır, öz tərəfini tutur. Müqavilənin altında gizlənən əsas isə Ərdoğanın 2016-cı ildə aralarında Ərdoğanın yaxın dostlarının da olduğu 200-dən çox türkün öldüyü hərbi çevriliş cəhdindən Vaşinqtonu məsul saydığı “dərin dövlət” şübhəsi ola bilər”.

Bunun edərkən də müttəfiqlərini yadlaşdırma bahasına maraqları üçün tərəfləri manipulyasiya etməkdən çəkinmədi”.

“New York Times” Rusiya HHM sistemi S-400-ün satın alınması ilə ABŞ ilə Türkiyə arasında münasibətlərin qopmasa belə yenidən formalaşa biləcəyini yazır və müqavilənin Ərdoğanın “istismarçı Qərb qüvvələrinə qarşı, müstəqil və güclü Türkiyə yaratmaq məsələsində qətiyyətini göstərir” şərhi verir.

Türkiyənin Rusiya ilə münasibətlərini təhlil edən məqalədə Rusiya prezidenti Vladimir Putinin Ərdoğana yaxın münasibət göstərdiyinə də diqqət çəkilir:

“Analitiklər və Türkiyə rəsmiləri Rusiya liderinin maraqları üst-üstə düşməsə də türklərin narahatlıqlarını dinləyir, amerikalılarla müqayisədə daha həvəsli olduqlarını və Putinin Ərdoğanla öz tayı kimi davrandığını deyirlər. 
Demək olar hər il Tramp və ABŞ ilə məsafə saxlayarkən Putin dialoq təklifi edir. Digər tərəfdən Trampın “Twitter”də hücumları keçən il türk lirəsinin dəyər itirməsinə səbəb oldu. Bu Ərdoğanın Amerikanın özünə ziyan vermək cəhdi olaraq gördüyü nümunələrdən biridir. Putin isə ticarətdən danışır. İki ölkənin münaqişənin əks tərəflərində olduğu Suriyada belə Putin Türkiyəni təcavüzkar bir rəqibdən əməkdaşlıq edən ortağa çevirmək üçün fəaliyyət göstərdi”.


Oxunma sayı: 14389

Oxşar yazılar