TRT-də Andrel Karlovun qətli ilə bağlı əməliyyat – Telekanalın 6 əməkdaşı saxlanıldı

  • 12:25 - 18 İyul

Rusiyanın Türkiydəki səfiri Andrey Karlovun qətlinin TRT-də yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində bir qrup mətbuat üzvü saxlanılıb.

Avropa.info xəbər verir ki, polis prokurorluğun təlimatı ilə 6 nəfər TRT əməkdaşını FETÖ üzvü olduqları iddiası ilə həbs edib. Saxlanılanlardan biri TRT-nin keçmiş əməkdaşıdır.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey karlov Ankarada 19 dekabr 2016-cı ildə iştirak etdiyi sərgidə Mövlud Mərd Altıntaşın silahlı hücumu nəticəsində öldürülmüşdü. Altıntaş da polis tərəfindən vurularaq öldürülmüşdü.

Cinayət işi ilə bağlı həyata keçirilən araşdırma çərçivəsində sərginin təşkilatçısı, bəzi pıoslər və Altıntaşın "FETÖ abisi" keçmiş İnformasiya Texnologiyaları və Rabitə Qurumunun əməşdaşı Şahin Şahin Söğütün də aralarında olduğu 9 nəfər həbs olunmuşdu.


Oxunma sayı: 6557

Oxşar yazılar