NATO-nun Baş katibinə yeni müavin təyin edildi

  • 23:15 - 17 İyul

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinə yeni müavin təyin edilib. Yens Stoltenberqin müavini rumıniyalı Mirça Coane olacaq.

O, bu ilin oktyabrında fəaliyyətə başlayacaq.

Qeyd edək ki, sülhün qorunmasını, azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı olan NATO 4 aprel 1949-cu ildə qurulub.


Oxunma sayı: 10462

Oxşar yazılar