"Qarabağ" "Partizani"yə qalib gəlib - YENİLƏNİB

  • 22:52 - 17 İyul

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununda "Partizani"yə qalib gəlib.

Dalğa Arena"da keçirilən matçda meydan sahibləri qalib olub. 

Qeyd edək ki, hər iki qol qarşılaşmanın ikinci hissəsində vurulub. Qolları matçın 51-ci dəqiqədə Filip Ozoviç, 94-cü dəqiqədə isə meydana yenicə daxil olan Dani Kintana vurub. 

"Qarabağ" bununla UEFA Çempionlar Liqasının növbəti - II təsnifat mərhələsinə vəsiqə qazanıb. Komanda növbəti mərhələdə İrlandiyanın “Dundalk” və Latviyanln “Riqa” komandalarının qarşılaşmasının qalibi ilə görüşəcək.

***

"Qarabağ" "Partizani" ilə oyunda hesabı açıb.

 "Dalğa Arena"da keçirilən matçın 51-ci dəqiqəsində Filip Ozobic "Qarabağ"ı hesabda önə çıxarıb - "Qarabağ" - "Partizani" - 1:0

***22:00

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən cavab oyununun ikinci hissəsi başlayıb. 

"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən matçın ilk hissəsində hesab açılmayıb. "Qarabağ" - "Partizani" - 0:0

***

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyununun birinci hissəsi başa çatıb.

"Dalğa Arena"da keçirilən matçın ilk hissəsində hesab açılmayıb.

***21:05

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyunu başlayıb.

"Dalğa Arena"da keçirilən matça komandalar aşağıdakı "11-lik"lərlə çıxıblar:

"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 3.Ailton Silva, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. Araz Abdullayev, 9. Xayme Romero

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov

"Partizani": 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 9. Teofilus Solomon, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyro, 33. Eneo Bitri

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Cozef Ekuban, 99. Brayan Braun, 90. Emmanuel Mensa.


Oxunma sayı: 6810

Oxşar yazılar