Almaniyalı gənc avtomobil almaq üçün printerdə 15 min avro çap edib

  • 22:40 - 17 İyul

Almaniyada 20 yaşlı qadın almaq istədiyi avtomobilin qarşılığında evindəki printerdə çap etdirdiyi 15 min avronu verməyə cəhd edərkən polis tərəfindən saxlanılıb. 

Pirmazens şəhərinin sakini adi ofis vərəqələrində 50 və 100 avrolıq əsginaslar çap etdirib və sonra onlarla avtosalona gedib. 

Qadın avtosalonda saxta pullarla ödəniş etmək istəyərkən polis tərəfindən saxlanılıb. Polisləri daha çox saxta pulların keyfiyyəti təəccübləndirib, belə ki, onlar əsl əsginaslara heç bənzəməyib. 

Qadına qarşı cinayət işi başladılıb.

 

 

report


Oxunma sayı: 5655

Oxşar yazılar