Gədəbəydə bir tona yaxın çətənə kolu məhv edilib

  • 19:28 - 17 İyul

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini P.Haqverdiyevin yaşadığı evə baxış zamanı 6,675 qram marixuana, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 çətənə kolu aşkarlanaraq götürülüb. 

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şınıx kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 916 kiloqram olan 2116 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.


Oxunma sayı: 10517

Oxşar yazılar