Ərbildə öldürülən türk diplomatı ilə bağlı Türkiyə XİN bəyanat yaydı

  • 17:07 - 17 İyul

Türkiyə XİN İraqın Ərbil şəhərində yerləşən konsulluq əməkdaşının öldürülməsi ilə bağlı bəyanat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün (17 iyul) günortadan sonra Ərbil Baş Konsulluğumuzun əməkdaşı Baş Konsulluğun binası xaricində yerləşən yerdə məruz qaldığı mənfur hücumda silahlı hücum nəticəsində şəhid olub.

Hücumda əli olanların sürətlə tapılması üçün İraq hakimiyyəti və yerli vəzifəli şəxslər nəzdində fəaliyyətimiz davam edir.

Şəhidimizə Allahdan rəhmət, ailəsinə və bütün Türk millətinə başsağlığı diləyirik”.

Qeyd edək ki, Ərbildə vəzifəsini yerinə yetirən diplomatlar nahar üçün getdikləri restoranda silahlı hücuma məruz qalıblar.

Restoran sahibinin məlumatına görə, konsulluq işçiləri içəri daxil olduqdan sonra mülki geyimli və üstündə silah olan terrorçu konsulluq işçilərini atəş açıb. 

Hücum nəticəsində bir türk diplomatı şəhid olub.


Oxunma sayı: 6040

Oxşar yazılar