Təcili: Ərbildə Türkiyə diplomatlarına qarşı terror aktı – Konsul müavini şəhid oldu, yaralılar var (Yenilənib)

  • 16:24 - 17 İyul

İraqda kürdlərin nəzarətində olan Ərbil şəhərində bir restorana silahlı hücum olub.

Avropa.info-nun məlumatına görə, "Reuters" hadisə zamanı 3 Türkiyə diplomatının şəhid olduğunu xəbər verir. 

Türkiyənin Xarici İşlər Nazirliyinin qısa müddət ərzində açıqlama yayacağı gözlənilir.

"Rudaw"ın xəbərinə görə Türkiyə Konsulluğu əməkdaşlarının da olduğu restoranda Türkiyənin Ərbildəki Baş konsulunun müavini öldürülüb.

***

Xarici İşlər Nazirliyi qaynaqlarından verilən son dəqiqə məlumatına görə, 1 diplomat şəhid olub, 2 diplomat isə yaralanıb. Hadisənin Türkiyə diplomatlarının hədəf alındığı və terror aktı olduğu  bildirilir. Hadisə şahidləri bildiriblər ki, silahlarda susdurucular olub.

***

Öldürülən diplomatın Türkiyənin Ərbildəki Baş konsulunun müavini Hakan Karaçay olduğu xəbər verilir.

***

Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir:

"Bu gün günortadan sonra Ərbil Baş Konsulluğumuzun əməkdaşı konsulluq binasından kənarda olduğu zaman uğradığı bir mənfur silahlı hücum nəticəsində şəhid olub. Silahlı hücum edənlərin axtarışı üçün İraq rəsmiləri və yerli idarəçilərlə birgə araşdırma davam edir. Şəhidmizə Allahdan rəhmət, ailəsinə və Türk millətinə səbr diləyirik".

***

Türkiyənin Ərbil Konsulluğu yaxınlığındakı bir restoranda konsul müavininin da aralarında olduğu 4 konsulluq əməkdaşna qarşı edilən terror hücumunun detalları məlum olub.

 Avropa.info xəbər verir ki, restorana daxil olan silahlı şəxslər Türkiyə konsulluğu əməkdaşlarının oturduğu masaya yaxınlaşaraq onları atəşə tutublar. Konsul müavininin şəhid olduğu terror aktında, 2 konsulluq əməkdaşı yaralanıb.


Oxunma sayı: 19009

Oxşar yazılar