Adnan Oktarın İsraillə sensasion əlaqələri ortaya çıxdı - Masonluğun qəbulu, israilli nazirlərlə görüşlər və daha nələr...

  • 15:11 - 17 İyul

Adnan Oktar cinayət şəbəkəsinin İsrail, mason lojaları və tampliyerlərlə əlaqəsi deşifrə olunub. 

Avropa.info xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə şəbəkənin İsrail imamının “Sinəm Tezyapar” olduğu qeyd edilib. Şəbəkə üzvlərinin ələ keçən səs yazısında Oktarın sionizmi “mehdilik” kimi təqdim etdiyi ortaya çıxıb. İsraildən gələn ravinlərin kütləvi şəkildə Məsihi gözlədiklərinə dair dua edərək Oktarın ətrafında döndükləri də detallar arasında yer alıb.

Şəbəkə üzvü olduğu iddiası ilə saxlanılan Əbru Umura məxsus rəqəmsal materialların tədqiq olunması zamanı 1 saat yarımlıq səs yazısı tapılıb. Adnan Oktarın o səs yazısı: “İsrail əleyhdarlığından əl çəksinlər, İsrailə qəzəbinizdən də əl çəkin. Bu çox səhvdir...İsrailə “dəmir qübbə” sistemini qurduraq. Onlar istəyir, biz quraq “dəmir qübbə” sistemini. Havada raket təyyarə nə varsa vurur. Bunu görək. Yox bir sionizm... Qardaşım sionizm mehdilikdir. Mehdinin dünya hakimiyyətinin adıdır sionizm. Sionizm deyə bir şey yoxdur. Bu şeyə baş qoşdularmı, elə dümdüz gedirlər.

İsrailə qarşı olan hər dövlət dağıldı. Tarixə baxsınlar, İsrailə baş qoşmaq düzgün deyil. Nə imiş, sionizm dünya hakimi olacaqmış. Qardaşım 3 milyon yəhudi var, onlar hər yerə hakim olsa nə olar. Sizin hesabınız yoxdurmu, baş yoxdurmu, necə insansınız. Nəhəng Roma imperiyası İsrailə qarşı oldu, darmadağın oldu”.

Peşmanlıq qanunundan faydalanmaq istəyən etirafçı olan şübhəli Sıdıka G. isə istintaqa verdiyi ifadədə bunları deyib: “İsrail, “Mossad”, tampliyerlər, masonlar, İsrail mətbuatı, siyasətçilərə ziyarət və Türkiyəyə gətirilmələri də daxil olmaqla bağlı bütün yazışma və görüşlərin hər detalına görə Sinəm Xədicə Tezyapar məsuliyyət daşıyır. Bu şəxsə Oktar Babuna, Cihat Gündoğdu, Altuğ Revnak Eti kömək edirdi” deyib.

İsraillə danışıqlara vasitəçilik edən adlardan Altuğ Revnak Eti ifadəsində İsrail və dünyadakı ən güclü ravin təşkilatı “Sanhedrin məclisi” ilə əlaqənin “Bacılar” adlandırılan qadın şəbəkə üzvlərinin e-mail əlaqəsi sayəsində baş tutduğunu deyib. 

Verilən ifadədə ravinlər “Bacılar” qrupuna məxsus üzvlərin “Birgə işləyək” məzmununda göndərdiyi e-maillərdən sonra şəbəkə tərəfindən İstanbula dəvət edildi. Bu məclis dünyada ən tanınmış 250 ravin içində seçilmiş 70 nəfər idi.

İddianamədə bu ifadələr yer alıb: “İlk olaraq Abrahamson, Yeşeyahu Hollander və onlarla birgə 8 nəfər gəldi. Xərcləri şəbəkə ödədi. Oktar ilə A9 Tv-də efirə çıxdılar. Efirdən əvvəl iclaslar keçirildi. Uca səslə, əl-ələ tutaşaraq Moişah, yəni Məsihi gözləmələri ilə bağlı dualar edib Oktarın ətrafında fırlanırdılar. Oktar ravinlər sayəsində mehdilik planını dünyaya yaymağı planlayırdı”.

2014 və 2015-ci ildə italyan lojasının magistri bir neçə nəfər mason ilə birlikdə Türkiyəyə gəldi. A9 TV-də proqrama çıxdılar. Bu komandada Suriya prezidenti Bəşər Əsədin də üzvü olduğu Suriya Mason Lojasının magistri vardı. Oktar "Əsədə sülhpərvər məktub yazaq" dedi. Oktar bacılara bir məktub yazdırdı və Suriya Mason Lojası magistri Əsədə apardı. Oktarın masonlar ilə keçirdiyi görüşlərdə Oktar Babuna da iştirak edirdi”. 

FETÖ-nün İsrail imamı Harun Tokak Adnan Oktar ilə görüşmək üçün Draqos təşkilatının qərargahına gəldi. Oktar özünə qarşı etirazın olub-olmadığını öyrənmək istədi. Tokak da onların Oktarı sevdiyini dedi. Şəbəkə başçısı İbrahim Tuncer Adnan Oktarın əmri ilə Boludakı İsmayılın yeri məkanının sahibi İsmayıl vasitəsilə Fətulla Güləndən görüş istədi. 

Etiraflar edən şübhəli Ceyhun G də Oktarın israilli nazir müavini Maksim Babaitski ilə keçirdiyi görüşdə şahidlik etməsindən danışıb:

“2012-ci ildə Qayrettəpədə bir oteldə İsraildən gələn yüksək vəzifəli ravin və israilli nazir müavini kimi şəxslər Oktarın qonağı kimi gəldilər və iclas keçirdilər. Mən də iştirak etdim. İclas zamanı İsraili müdafiə edən söhbətlər oldu. Türkiyə ilə İsrailin arası o vaxtlar dəymişdi. Oktar özünü İsraillə münasibətləri düzəltməyə həsr etdi. Mənim başa düşmədiyim daha əvvəl İsrail əleyhinə kitablar yazmasına baxmayaraq, ö dövrdə İsraili müdafiə etməsi idi”.


Oxunma sayı: 17997

Oxşar yazılar