Ərəb turistin Bakıda küçədə qadını döyməsilə bağlı iddialara rəsmi cavab

  • 14:56 - 17 İyul

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videomaterialla bağlı açıqlama yayıb.

Avropa.info trend-ə istinadən xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev sosial şəbəkədə Nərimanov rayonunda ərəb turistin küçədə qadını döyməsi ilə bağlı yayılan məlumatın RPİ-də araşdırıldığını bildirib:

"Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib". 


Oxunma sayı: 6755

Oxşar yazılar