Diqqət! "FaceApp" təhlükəsi: "Qocaltma" proqramı şəxsi məlumatlarınızı toplayır

  • 17 İyl - 2019

Son günlərdə Rusiyanın "Wireless Lab" şirkəti tərəfindən 2017-ci ildə hazırlanan "FaceApp" tətbiqetməsi viral olub. 

Avropa.info qaynarinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tətbiqetmənin "qocaltma" funksiyasından istifadə edərək illər sonra təxminən necə görünəcəklərini öyrənə bilir. "FaceApp" vasitəsilə gəncləşmək, saç formasını dəyişdirmək, eynək və s. filterlərindən istifadə etmək mümkündür.  

Tətbiqetməni "Play store"dan pulsuz yükləyə bilərsiniz. Lakin proqram istifadəçilərin icazəsi ilə onların məlumatlarını əldə edir. Əgər "FaceApp"dən istifadə etmisinizsə, tətbiqetmə sizin foto, video, olduğunuz yer və s. məlumatları əldə edir. Bununla "Wireless Lab" şirkəti informasiyalardan istifadə etmək, reklam şirkətlərinə satmaq hüququna sahib olur.


Oxunma sayı: 6425

Oxşar yazılar