Bakıda bazarda kütləvi zəhərlənmə: Təcili yardım göndərildi

  • 14:10 - 17 İyul

Sədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.   

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Avopa.info-ya verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Məlumatda qeyd olunub ki, ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kiliniki Tibbi Mərkəzə götürüblər.   

"Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".   

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. "Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır",-deyə vurğulanıb. 


Oxunma sayı: 12156

Oxşar yazılar