Bakı çimərliyində turistlər çətin anlar yaşadı

  • 13:19 - 17 İyul

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub. 


Oxunma sayı: 6766

Oxşar yazılar