“SSRİ vaxtı ukraynalılar daha yaxşı yaşayırdı” – Saakaşvilidən acı etiraf

  • 12:29 - 17 İyul

SSRİ vaxtı Ukraynada insanlar daha yaxşı yaşayırdı. 

Avropa.info xəbər verir ki, bu sözləri “112 Ukrayna” telekanalına Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili deyib.

“O vaxtlar belə həyasız məmurlar yox idi, indi o vaxtla müqayisədə qat-qat pisdir. Fikirləşirsiz ki, kommunist dövründə olan xəstəxanalar ilə indikilər arasında hansısa fərq var? Kommunist dövründə onlar daha yaxşı idi, eyni xəstəxanalar xəstələrdən pul alırdı. İndi bizdə elə həmin xəstəxanalardır, lakin daha pis” – Saakaşvili belə deyib.

Saakaşvili Ukraynada SSRİ dövründən qalan küçə adlarının götürülməsinə də qarşı çıxıb. O, dekomunizasiya islahatının beyinlərdə getməli olduğu deyib. 


Oxunma sayı: 7580

Oxşar yazılar