Piyadanı öldürüb qaçan sürücü tutuldu

  • 12:27 - 17 İyul

Suraxanı rayonu Əmircan qəsəbəsində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini Şükufə Qurbanovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü - paytaxt sakini B.Nəzərli saxlanılıb. 


Oxunma sayı: 6183

Oxşar yazılar