Şəmkirdə ağır qəza: Universitet tələbəsi öldü

  • 12:05 - 17 İyul

Şəmkir rayonunda ağır avtomobil qəzası baş verib.

Avropa.info Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerində ölən şəxsin Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi, rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov olduğu bildirilir.

Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6326

Oxşar yazılar