Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

  • 11:55 - 17 İyul

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

Bu barədə Avropa.info-ya AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb.


Oxunma sayı: 6282

Oxşar yazılar