S-400-lərlə bağlı Tramp ilk dəfə danışdı

  • 17 İyl - 2019

ABŞ prezidenti Donald Tramp S-400 HHM sistemlərinin Türkiyəyə gətirilməsi ilə bağlı ilk dəfə danışıb.

Avropa.info xəbər verir ki, Tramp S-400-lərə baxmayaraq Türkiyə-ABŞ münasibətlərinin yaxşı olduğunu deyib.

Tramp sabiq ABŞ prezidenti Barak Obama dövründə Türkiyəyə “Patriot” HHM sisteminin satılmaması ilə bağlı Obama administrasiyasını tənqid edib.

“Patriot” raketlərinin satılmaması üzündən Türkiyənin Rusiyadan S-400 almağa məcbur qaldığını bildirən Tramp bu sözləri deyib:

“Məsələ budur ki, Türkiyənin bizimlə münasibətləri çox yaxşıdır və indi Türkiyəyə “başqa HHM sistemi satın almaq məcburiyyətində qaldığınız üçün sizə F-35 satmayacağıq” deyirik”.


Oxunma sayı: 1431

Oxşar yazılar