İran yoxa çıxmış BƏƏ tankerinin yerini açıqladı

  • 11:22 - 17 İyul

İran XİN mətbuat katibi Abbas Musəvi şənbə günündən bu yana radarlardan itmiş Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankeri ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, İran rəsmisi ad çəkmədən xarici ölkəyə məxsus neft tankerinin Fars körfəzində texniki nasazlıqla üzləşdiyini, həyəcan siqnalını alan İran qüvvələrinin də beynəlxalq hüquqa uyğun gəmiyə kömək etdiyini səsləndirib.

İranın BƏƏ-yə məxsus neft tankerini ələ keçirməsi ilə bağlı iddialara etiraz edən Musəvi İran qüvvələrinin nasazlıq baş verən gəmini təmir etmək üçün İran sahil sularına apardığını deyib.

Xatırladaq ki, şənbə gecəsindən bəri məlumat alınmayan tanker radarlardan itmişdi. Tankeri izləmə şirkətinin analitik Ranjit Raja tankerin son üç ayda izləmə sistemini söndürmədiyini, bunun təhlükə əlaməti olduğunu açıqlamışdı.

BƏƏ tərəfi hadisə ilə bağlı hələ açıqlama verməyib.


Oxunma sayı: 6117

Oxşar yazılar