NATO-nun məxfi sənədi üzə çıxdı – ABŞ-ın Avropadakı nüvə bazaları...

  • 11:20 - 17 İyul

ABŞ-ın Avropa ölkələrində yerləşdirdiyi nüvə bombaları haqda məxfi sənəd internetdə yayılıb.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, sənədə əsasən, Avropada 150 nüvə bombası yerləşir.

NATO Parlament Assambelyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü Cozef Dey öz hesabatında təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqlayıb.

“Nüvə qarşıdrumasının yeni erası? Müttəfiq qüvvələrinin modernləşməsi, silahlara nəzarət və nüvə qüvvələri” adını almış hesabatda ABŞ-ın 6 Avropa ölkəsindəki hərbi bazarında – Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Hollandiyada “Volkel” və Türkiyədəki “İncirlik” yerləşdirilib.

Sənəd ümumilikdə, Avropada 150 nüvə bombasının, o cümlədən B61 bombalarının yerləşdirdiyi məlumdur.

Sənəd internetdən silinsə də, Belçikanın “De Morgen” qəzeti sənədin sürətini yenidən taparaq yayımlayıb. Jurnalistlərin fikrincə, NATO faktiki olaraq, hərbi sirrini açıqlamış olub.  


Oxunma sayı: 5721

Oxşar yazılar