Azərbaycan əhalisinin sayı açıqlandı

  • 11:16 - 17 İyul

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. 

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.


Oxunma sayı: 4896

Oxşar yazılar