"Qarabağ" Çempionlar Liqasında cavab oyununa çıxır

  • 09:47 - 17 İyul

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Avropa.info xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu "Partizani”ni qəbul edəcək. "Dalğa Arena”da keçiriləcək görüş saat 21.00-da başlayacaq.

Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən "Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdı.

Qeyd edək ki, "Qarabağ” "Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova "Şerif”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Cavab oyunu

17 iyul

21.00 Qarabağ (Azərbaycan) - Partizani (Albaniya)

Hakimlər: Dumitru Muntyan, Vladislav Lifçu və Andrey Bodyan, Aleksandru Tyan (Moldova).

Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya).

UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə).

Bakı. "Dalğa Arena".


Oxunma sayı: 6535

Oxşar yazılar