Vladimir Zelenski Ukraynada Olimpiya Oyunlarının keçirilməsi üçün planın işlənib hazırlanmasını tapşırıb

  • 16 İyl - 2019

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə Olimpiya Oyunlarının keçirilməsi üçün infrastrukturun hazırlanması planının işlənilməsini tapşırıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Avropa.info xəbər verir ki, Zelenski ölkənin İdman və Gənclər naziri İqor Jdanov və Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka ilə görüşündə deyib: “Bizə hər şeyin deyək ki, 3-4 il ərzində tikilib başa çatdırılması üçün müəyyən plan lazımdır. O zaman biz sırada olacaq və Olimpiadanı qəbul edə biləcəyik. Biz iddialı olmalıyıq”. 

Prezident daha sonra əlavə edib: “İnvestisiya axtaran şəxslərə tapşırıq vermək lazımdır. Büdcəmizi tərtib edənlərə tapşırıq vermək lazımdır ki, bizə zəruri olan, sonradan Olimpiada üçün istifadə olunacaq obyektlərə hər il vəsait ayırsınlar. Ən azından buna nail olmağa cəhd göstərilməlidir”. 

Sergey Bubka, öz növbəsində, bildirib ki, Kiyevin müraciət edə biləcəyi ən yaxın Olimpiya turnirləri 2030-cu ilin Qış Olimpiadası və 2032-ci ilin Yay Olimpiadasıdır. Lakin o qeyd edib ki, gələcəkdə Yeniyetmələrin Qış və yaxud Yay Olimpiya Oyunlarının keçirilməsinə Ukraynanın namizədliyinin irəli sürülməsi imkanı ölkə üçün daha real ola bilər.


Oxunma sayı: 639

Oxşar yazılar