Pakistanlı siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu

  • 21:48 - 16 İyul

Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar.

Trend-in məlumatına görə, əməliyyat çoxmərhələli şəkildə keçirilib və ümumilikdə 50 saat davam edib.

Əməliyyatda tibbin müxtəlif sahələrindən 100-ə yaxın mütəxəssis iştirak edib.

Əməliyyat olunanlar isə Pakistanın Çarsad şəhərindən olan 2 yaşlı Səfa və Mərva bacılarıdır. Onların başları bir-birinə bitişik olub.

Bacıların üzərində ilk əməliyyat ötən ilin sonundan başlayıb.


Oxunma sayı: 5578

Oxşar yazılar