Şəmkirdə əməliyyat: İki kiloqramdan çox narkotik maddə götürülüb

  • 21:12 - 16 İyul

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional və Şəmkir Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təzəkənd kənd sakini X.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 142 çətənə kolu aşkarlanıb. Habelə yardımçı təsərrüfata baxış zamanı 2 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5589

Oxşar yazılar