İtaliya polisi neonasistlərin ofisində “hava-hava” tipli raket aşkar edib

  • 16 İyl - 2019

İtaliya polisi neonasist qrupuna daxil olan üç nəfərdən müxtəlif silah-sursat və faşist emblemləri, o cümlədən “hava-hava” tipli raket müsadirə edib.

Avropa.info  xəbər verir ki, silah arsenalının sahibləri 2001-ci ildə Forza Nuova partiyasından İtaliya Senatına namizədliyini irəli sürmüş Fabio Del Bergiolo, italyan mənşəli İsveçrə vətəndaşları Alessandro Monti və Fabio Bernardidir. Onların hər üçü həbs olunub.

Turin şəhəri polisinin məlumatında qeyd olunur ki, Monti və Bernardi fransız istehsalı olan “hava-hava” tipli “Matra” raketini satarkən yaxalanıblar. 60 yaşlı Bergiolo isə onlara vasitəçilik etdiyi üçün həbs edilib. Bu şəxslərin Ukraynanın şərqində silahlı qruplaşmalarla əlaqəsi də araşdırılır. Neonasist üçlüyünün ofisində aparılan axtarış zamanı faşist emblemləri – üzərində svastika və Vaffen-SS cəza qoşunlarının rəmzi olan vımpellər də götürülüb. Həmçinin müəyyən edilib ki, tapılan raket əvvəllər Qətər Silahlı Qüvvələrinə məxsus olub. Forza Nuova siyasi partiyası hazırda Del Bergiolo ilə heç bir əlaqəsinin olmadığını bəyan edib. Bu şəxsin hüquqşünas olduğu və silah alverinə qurşandığı da bildirilir. Onun ofisindən 26 odlu silah, 20 süngü və 306 patron da aşkar edilərək götürülüb.


Oxunma sayı: 903

Oxşar yazılar