Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçirdilər

  • 19:10 - 16 İyul

Ermənistanın Ararat vilayətinin Kaxsraşen kənd sakinləri Yerevanda hökumət binasının qarşısında oturaq etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, onlar ölkənin baş naziri Nikol Paşinyan və ya onun köməkçilərindən biri ilə görüş tələb ediblər.

Aksiya iştirakçıları əkin yerlərinin suvarılması üçün su probleminin aradan qaldırılmamasına etiraz ediblər.

“Bizdə hökumət olsaydı, bura bu qədər adam toplaşardımı? Bu hökumət deyil, polis bölməsidir”, - deyə etirazçılardan biri vurğulayıb.

Aksiya iştirakçıları Nikol Paşinyanı su qıtlığı olan Kaxsraşen kəndinə gedib, problemi yerində görməyə çağırıblar.


Oxunma sayı: 6282

Oxşar yazılar