"Qarabağ"dan azarkeşlərə jest

  • 17:00 - 16 İyul

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" - Partizani" oyununun keçiriləcəyi "Dalğa Arena"ya azarkeşlərin rahat gedib-qayıtması üçün avtobus ayrılacaq.

Avropa.info xəbər verir ki, bu barədə Ağdam klubunun saytı məlumat yayıb. 

"Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır", deyə məlumatda bildirilir. 

Qeyd edək ki, sözügedən görüş sabah yerli  vaxtla 21:00-da başlayacaq.


Oxunma sayı: 5666

Oxşar yazılar