Şimali Kiprin əməkdaşlıq təklifinə yunan Kiprindən cavab gəldi

  • 16:36 - 16 İyul

Yunan Kipri Şimali Kipr Türk Respublikasının birgə hidrokarbon ehtiyatları axtarışı aparmaq təklifini rədd edib.

Avropa.info xəbər verir ki, Şimali Kipr prezidenti Akıncı 13 iyulda BMT-nin Kpr üzrə xüsusi nümayəndəliyi vasitəsilə yunan lideri Anastasiadisə hidrokarbon ehtiyatları ilə bağlı birgə komitə qurulması ilə bağlı yeni təklif yollamışdı. Akıncının təklifi hidrokarbon məsələsinin münaqişə məsələsi və sahəsi olmaqdan çıxarılması və birgə əməkdaşlıq sahəsinə çevrilməsi məqsədi daşıyırdı.

Qeyd edək ki Türkiyə "Fatih" qazma gəmisi ilə şərqi Aralıq dənizində şelf qazıntıları apararkən, "Barbaros Xeyrəddin Paşa" seysmik araşdırma gəmisi və "Yavuz" qazma gəmisi ilə də Şimali Kipr Türk Respublikasının icazə verdiyi ərazilərdə neft-qaz ehtiyatlarının axtarışını aparır.


Oxunma sayı: 6370

Oxşar yazılar