Son dəqiqə: Türkiyəyə məxsus gəmiyə hücum edildi - Heyət üzvləri girov götürüldü

  • 16:12 - 16 İyul

Nigeriya sahillərində Türkiyəyə məxsus yük gəmisi dəniz quldurları tərəfindən oğurlanıb.

Avropa.info xəbər verir ki, Kamerundan Fildişi Sahilinə gedən gəmidə 10 dənizçi girov götürülüb.

Gəminin sahibi olan şirkətin yaydığı açıqlamaya görə, hadisədə yaralanan və ölən yoxdur. Qaçırılan dənizçilərdən 2 nəfərin sərbəst buraxıldığı bildirilir.

Məlumata görə, gəmidəkilər hamısı Türkiyə vətəndaşıdır.

Oğurlanan gəmi Türkiyənin "Kadıoğlu Denizcilik" şirkətinə məxsusdur.

Hadisə ilə bağlı başqa detallar açıqlanmır. 

"Kadıoğlu Denizcilik" şirkətinın yaydığı açıqlamada Xarici İşlər Nazirliyinin baş verənləri nəzarətə götürdüyü qeyd olunur. 


Oxunma sayı: 16512

Oxşar yazılar