“Qarabağ” Donald Gerye ilə yollarını rəsmən ayırdı

  • 15:40 - 16 İyul

"Qarabağ" haitili futbolçu Donald Gerye ilə yolları ayırıb.

Avropa.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 

Gerye klubumla razılaşdırılmış tarixdə düşərgəyə qoşulmayıb və təlim-məşq toplanışıyla yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yollar ayrılmaq qərarı verilib.

"Qarabağ" Geryeyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.


Oxunma sayı: 12750

Oxşar yazılar