S-400-lərlə bağlı sensasion gəlişmə : Tramp Pentaqonun Türkiyəyə qarşı geri dönüşü olmayan "ultimatum" verməsinə necə mane oldu?

  • 14:48 - 16 İyul

ABŞ prezidenti Donald Tramın Rusiyadan S-400-lər alan Türkiyəyə qarşı Pentaqonun "ultimatum" xarakterli bəyanat verməsinə mane olduğu bildirilir. 

Avropa.info xəbər verir ki, bu haqda ABŞ mediası məlumat yayıb. 

Məlumata görə, S-400-lərin ilk hissələrinin Türkiyəyə gətirilməsindən sonra Pentaqon rəsmiləri mətbuat konfransı keçirərək, Türkiyə ABŞ münasibətlərində geri dönüşü olmayan bəyanatlar səsləndirməyi planlaşdırıblarmış. 

Məsələylə bağlı Ağ Evə məlumat verən Pentaqon Trampdan cavab gözləyib. Trampdan cavab gəlməyincə Pentaqon iki dəfə mətbuat konfransını təxirə salıb. Sonda isə Tramp Pentaqona "Bu dəfə deyil, açıqlamça verməyin" mesajı ünvanlayıb. Beləliklə Pentaqon mətbuat konfransını müddəti bilinməyən vaxta kimi təxirə salıb. 

Qeyd edək ki, Yaponiyada keçirilən G-20 Sammitində Tramp S-400 məsələsində Türkiyəyə qarşı ədalətsiz davranıldığını bildirmişdi.


Oxunma sayı: 9450

Oxşar yazılar